"Niyə ailəmizin yanında başı aşağı durmalıyıq?" - Qazilər etiraz aksiyası keçirib - VİDEO

 04-04-2022

Bir qrup Vətən müharibəsi qazisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi önündə etiraz aksiyası keçiriblər.

MillətinSəsi.info xəbər verir ki, aksiya iştirakçılarının əsas tələbi onlara əlillik dərəcələrinin təyin olunmasıdır.

Aksiya iştirakçıların biri deyib ki, əlilllik dərəcəsi üçün dəfələrlə müraciət etmələrinə baxmayaraq imtina cavabı gəlir:

“Qaziləri incidirlər, əlillik təsdiq olunmur. Nəyə görə imtinalar gəlməlidir? Qazilər gedib canın qoyubsa, öz vətəninə, xalqına, millətinə qeyrət, namus borcunu yerinə yetiribsə, şikəst olub öz ailəsinə baxa bilmirsə, nəyə görə əlillik verilmir? Tələbimiz ondan ibarətdir ki, nazir və ya nazir müavini bizimlə görüşsün. Bizləri canımızdan bezdiriblər, dəfələrlə canımıza qəsd etməyə çalışmışıq. Nəyə görə biz ailəmizin yanında başı aşağı durmalıyıq?”

Daha sonra Nazirliyin Qəbul şöbəsinin nümayəndəsi qazilərin problemlərini dinləyib. Nümayəndə problemlərin araşdırılması üçün onları Qəbul şöbəsinə dəvət edib.

Bənzər yazılar

0.29374694824219