İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) II Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” Rebuild Karabakh sərgisində öz stendi ilə iştirak edir.
Milletinsesi.info xəbər verir ki, maraqla qarşılanan stenddə sərgi iştirakçılarına ölkədə fəaliyyət göstərən sənaye parklarında sahibkarlar üçün mövcud investisiya imkanları, tətbiq olunan vergi və gömrük güzəştləri, Qarabağda yaradılan Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının baş planları və hər iki sənaye parkında görülmüş işlər barədə məlumatlar verilir.
Sərgi çərçivəsində “Qarabağda biznes və investisiya imkanları” mövzusuna həsr edilmiş panel iclasda sənaye zonalarına dair təqdimat keçirilib.
Sərgidə həmçinin, Sumqayıt Kimya Sənaye Parkının rezidentləri – İnşaat Kimyəviləri Zavodu, “Azertexnolayn” MMC, “STP” MMC-də öz stendləri ilə təmsil olunurlar.
Qeyd edək ki, “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” Rebuild Karabakh sərgisi 21 oktyabradək öz işini davam etdirəcək.