"Barselona" heyətini yeni futbolçu ilə gücləndirib.
Qol.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb. İspaniya təmsilçisi "Rasinq"dən Pablo Torre ilə 5 illik müqavilə üçün razılaşıb. La Liqa klubu bu keçidə görə qarşı tərəfə 100 milyon avro ödəyəcək. 18 yaşlı yarımmüdafiəçi isə yeni komandasında illik 5 milyon avro məvacib alacaq.
Torre bu mövsümün sonunadək "Rasinq"də çıxış edəcək. O, "Barselona"ya gəldikdən sonra əvvəlcə klubun ikinci komandasında oynayacaq.