Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska karyerasını başa vurub.
Qol.az xəbər verir ki, bu barədə Ukrayna əsilli idmançı özünün "İnstaqram" səhifəsində paylaşım edib: m"Həyatımda baş verən bütün hadisələrdən sonra bu gün idman karyeramı bitirməyə qərar verdim. Səbəblər var, amma indi onlar haqqında danışmağa hazır deyiləm. Dəstəyiniz üçün hamınıza təşəkkür edirəm".
Qeyd edək ki, 30 yaşlı cüdoçu Tokio-2020 Yay Olimpiya Oyunlarında 78 kq-dan yuxarı çəki dərəcəsində bürünc medal qazanıb.