Rusiya ordusu Ukraynada böyük itki verdi - FOTOFAKT

 03-04-2022

Rusiya ordusu Ukraynanın döyüş meydanında ağır itkilər verib.

Lent.az-ın Ukrayna mediasına istinadla xəbərinə görə, sağ qalan Rusiya hərbçiləri ölmüş yoldaşlarını və silahlarını ataraq döyüş meydanından qaçıb.

“Vostok” əməliyyat-taktiki qrupunun məlumatına görə, Rusiya ordusu həmin qrupun cavabdeh olduğu istiqamətlərdən birində məğlub olub. Rusiya ordusunun ağır itki verdiyi bildirilir.

Rusiya hərbçiləri qaçaraq öz əsgərlərinin cəsədlərini, sağ qalan texnika, silah və sursatları döyüş meydanına atıblar. Rusiya hərbçiləri arasında əsir götürülənlər də var.

Bənzər yazılar

0.30776309967041