Binaların idarə olunmasında MTK-ların hökmranlığı NƏ VAXT BİTƏCƏK? - VİDEO

 15-10-2022

Bakıdakı çoxmərtəbəli binalarda idarəetmə problemi bitmir. Məsələ ondan ibarətdir ki, binanı tikən şirkət mənzilləri satdıqdan sonra da binadan əl çəkmir, ora bir komendant təyin edir və sakinlərdən özünün müəyyən etdiyi məbləğ əsasında aylıq pullar yığır. Sakinlər isə bu pulların hara xərcləndiyindən xəbərsiz olurlar. Çünki onlara hesabat verilmir. Belə olan halda isə sakinlər narazı qalırlar. Bəs vəziyyətdən çıxış yolu nədir?

Paytaxt sakini Elvin İsmayılov yeni tikili binada yaşayır. Deyir ki, avtomobil saxlamaq üçün də ayrı məbləğ ödəyir.

Tikinti eksperti Muxtar Ərturan deyir ki, əslində binanın saxlanma xərcləri sakinlərin üzərinə düşür. Ancaq bu, qanunu şəkildə təşkil olmalıdır.

Yeni tikili binalarda parkinq ərazisinin satılması və ya kirayə verilməsi probleminə gəlincə, ekspert deyir ki, parkinq və park ərazisi, uşaq oyun meydançası, söhbətgah və kölgəliklərin satılması və ya icarəyə verilməsi qanuni deyil. Hesab edilir ki, dövlət bu sahəyə nəzarət edən qurum yaratsa, bu kimi problemlərin bir çoxu aradan qalxar.

Muxtar Ərturan deyir ki, bütün bu problemlərdən çıxış yolu sakinlərin toplanıb öz aralarında mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qurmaları və binanın idarə edilməsini özlərinin həyata keçirmələridir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Bənzər yazılar

0.18356800079346