“Azərbaycan Ermənistanla münaqişənin qurbanıdır, onun xalqına və ərazisinə böyük ziyan dəyib”.
“Report”un Xocavənd rayonunun Edilli kəndinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qarabağın tarixi haqqında kitab yazan niderlandlı Henri Vanrens deyib.
“Fevral ayında burada olmuşam, çox faciəvidir. Yazdığım kitaba indiki səfərimlə bağlı da bir hekayə əlavə edəcəyəm və dövlətimdən bu barədə düşünməyi xahiş edəcəyəm, çünki Niderland hələ də Azərbaycan xalqına qarşı törədilmiş soyqırımını tanımayıb”, - o, bildirib.
Onun sözlərinə görə, bir müddət əvvəl o, Avropa Parlamentinin bəzi nümayəndələrinə məktub yazaraq onları açıq şəkildə ermənipərəst mövqedə ittiham edib, lakin hələ də heç bir cavab gəlməyib.