Sürücülərin NƏZƏRİNƏ: Problemli dairənin olduğu yerdə nəqliyyatın hərəkət sxemi DƏYİŞDİRİLİR - VİDEO

 15-10-2022

Bakı-Sumqayıt yolunda “Vaz”ın dairəsi adlanan ərazidə nəqliyyatın hərəkət sxemində dəyişiklik edilir. 

Bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb. 

Bildirilib ki, bir müddət əvvəl Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri paytaxtın mərkəzindən təhsil aldıqları universitetə gələn yeganə marşrut xətti olan 199 saylı avtobusların yolunun bağlanması ilə müraciət yaymışdılar. 

Məlumatlara görə, artıq yolda geriyə dönmək üçün yeni yolayrıcı qurulur. 

Bildirilib ki, bu dəyişikliklə avtobusların rahat hərəkəti təmin olunacaq. Sürücülər yaxın məsafədən geridönmə edə biləcəklər. 

Bənzər yazılar

0.22658586502075