Nazir Kəmaləddin Heydərov partlayışın baş verdiyi obyektə gedib - VİDEO

 03-04-2022

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bu gün Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş vermiş partlayışla əlaqədar həmin obyektə gəlib.

Bu barədə MillətinSəsi.info-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Nazirə baş vermiş hadisənin nəticələrinin aradan qaldırılması və ilkin ehtimal olunan səbəbləri barədə yerində ətraflı məlumat verilib.

K.Heydərov partlayışın səbəblərinin hərtərəfli və obyektiv araşdırılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, 3 aprel 2022-ci il tarixdə Səbail rayonu Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə baş vermiş partlayış zamanı 1 nəfər ölüb, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxslərin 6-sının vəziyyəti ağır, 12-sinin vəziyyəti orta ağır, 6 nəfərin isə stabil olaraq qiymətləndirilir.



Bənzər yazılar

0.2111599445343