Oğuzda qardaş-qardaşı qətlə yetirib

 02-04-2022

Oğuzda qardaş-qardaşı bıçaqlayaraq qətlə yetirib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Oğuz şəhər ərazisində baş verib.

Oğuzda baş verən qətlin təfərrüatları məlum olub. Qardaşlar arasında baş verən mübahisə zamanı Namiq Qurban oğlu Şirinov 46 yaşlı qardaşı Aqil Şirinovu ürək nahiyəsindən bıçaqlayıb.

Ağır vəziyyətdə Oğuz Rayon Mərkəzi Xəstəxanasına daxil olan Aqil Şirinovun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanaya daxil olduqdan bir-neçə dəqiqə sonra ölüb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Oğuz rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.

Bənzər yazılar

0.22188901901245