Taksilərdə taksometrlər quraşdırılarsa, NƏ DƏYİŞƏCƏK?

 13-10-2022

Taksilərdə sürücü ilə sərnişin arasında narazılıq yaradan əsas səbəb qiymət məsələsidir. Bu problemin də taksometrlə həll etməyin mümkün olduğunu deyənlər var. Yaxın zamanlarda taksilərə taksometr quraşdırılması planlaşdırılır.

Bəzi sürücülər bildirirlər ki, belə olduqda heç kim qiymətdə aldanmayacaq. Bəzi sürücülər isə qeyd edirlər ki, bu, sərfəli deyil. Sərnişinlər isə bildirirlər ki, hazırkı taksi qiymətləri onları qane edir. Taksometr qoyularsa, qiymətlər artacaq.

Məsələ ilə bağlı Trend-in suallarını cavablayan nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev qeyd edib ki, belə bir qaydanın illər öncə tətbiq olunması nəzərdə tutulsa da, tam icra olunmadı.

“Bu gün taksi bazarında pərakəndəlik var. Pandemiya dövründə ölkəmizdə taksi xidmətləri göstərənlər daha da çoxaldı. Paytaxtda təxminən 60 min taksi fəaliyyət göstərir. Ümumiyyətlə, taksometrlərin qoyulması taksi qiymətlərinə təsir edəcək. Bu, qismən narazılıq da yaradacaq. Ancaq taksilərə taksometrlərin qoyulması vacibdir. Bazar özünü tənzimləməlidir. Belə ki, taksi fəaliyyəti ilə məşğul olan şirkətlər var, bir də işi taksi sürücüsü olmayıb bu işlə məşğul olanlar var. Lakin taksometr olsa, dəqiq tələblər qoyulacaq və taksi fəaliyyəti nizama düşəcək”, - deyə o əlavə edib.

Bənzər yazılar

0.18390297889709