İran Astarada yeni sərhəd TERMİNAL TİKƏCƏK

 10-10-2022

“İran 1 ildən az müddətdə Gilan vilayətinin Astara rayonunda Astara sərhəd terminalı tikəcək”.

Bunu Trend-ə açıqlamasında İranın yol və şəhərsalma nazirinin müavini Şəhriyar Əfəndizadə deyib.

Ş.Əfəndizadənin sözlərinə görə, bununla əlaqədar ötən gün Tehranda İran, Azərbaycan və Rusiya rəsmilərinin iştirakı ilə keçirilən üçtərəfli iclasda müzakirələr aparılıb.

O əlavə edib ki, bu sərhəd terminalı, eləcə də Astaraçay üzərində yeni körpünün istifadəyə verilməsi ilə sərhəddən keçən gündəlik yük maşınlarının sayı 500-ə yüksələcək.

Ş.Əfəndizadə bildirib ki, üçtərəfli iclasda Ağbənd avtomobil körpüsünün tikilməsi, Şimal-Cənub və Şərq-Qərb dəhlizləri haqqında müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycan və İran arasında yeni körpünün təməli yanvarın 25-də qoyulub. Körpü 3 aşırımlı olmaqla uzunluğu 97,5 metr, eni isə 30,5 metr olacaq. 4 hərəkət zolaqlı körpüdə əlavə olaraq ehtiyat hərəkət üçün daha 2 zolağın, həmçinin hər birinin eni 2,5 metr olan 2 piyada keçidinin yaradılması nəzərdə tutulur.

Bənzər yazılar

0.15798783302307