Yevlaxda avtomobil qəzasında xəsarət alanların ŞƏXSİYYƏTİ AÇIQLANDI  

 09-10-2022

Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində, Salyan rayon sakini, 1985-ci il təvəllüdlü G.Kərimova hadisə yerində dünyasını dəyişib.

Daha yeddi nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya aparılıblar.

Onlardan bir neçəsi bir ailənin üzvləridir. 

Yevlaxda iki avtomobilin toqquşması nəticəsində xəsarət alanların şəxsiyyəti dəqiqləşib. 

“Report”un məlumatına görə, Xaldan yolunda qeydə alınan yol qəzası nəticəsində - 1997-ci il təvəllüdlü İ.Kərimzadə, 1983-cü il təvəllüdlü Y.Məmmədova, 1981-ci il təvəllüdlü G.Babayeva, 1983-cü il təvəllüdlü F.Kərimli və daha 3 nəfər xəsarət alıb. 

Xatırladaq ki, hadizə zamanı sərnişinlərdən biri - 1985-ci il təvəllüdlü G.Kərimova aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

0.2249698638916