İstiliklə bağlı tariflər ARTA BİLƏR?  

 07-10-2022

“Əhali qrupunun sayğaclaşdırılması hazırda gündəmimizdə deyil, gələcəkdə bəlkə gündəmə gələ bilər”. 

MillətinSəsi.info xəbər verir ki, bunu “Azəristiliktəchizat” ASC-nin müşaviri Ramil Məhərrəmov deyib. 

“Bizim gündəmimizdə tariflər məsələsi də yoxdur. Onun dəyişdirilməsi bizim səlahiyyətimizdə deyil. Bu məsələyə Tarif Şurası baxa bilər. İstilik dağ rayonlarına 1 noyabrdan, digər ərazilərdə isə 15 noyabrdan veriləcək”.

Qeyd edək ki, bir kvadratmetr yaşayış yeri üçün istilik xidmətinin qiyməti əhali qrupuna 15 qəpik, qeyri-əhali qrupu üçün 25 qəpik müəyyənləşib

 

Bənzər yazılar

0.14792704582214