Bakı Dəmiryolu Vağzalında ETİRAZ- FOTO/VİDEO

 06-10-2022

Sumqayıt-Xırdalan-Bakı qatarının sərnişinləri Bakı Dəmiryolu Vağzalında qatarda sıxlığın olması və havalandırma sisteminin işləməməsinə etiraz ediblər.

Qatarların sayının azlığından şikayət edən vətəndaşlar problemin tezliklə həll olunmasını tələb ediblər. Səlahiyyətli şəxslər tez bir vaxtda yeni qatarların reysə buraxılacağına, şikayətlərin rəhbərliyə çatdırılacağına söz veriblər.

Qeyd edək ki, son dövrdə həmçinin Sumqayıt-Pirşağı-Bakı qatarında da sıxlıq müşahidə olunur. 

Bakı Dəmiryolu Vağzalında sərnişinin səhhətində problem yaranıb.

“Report” xəbər verir ki, Sumqayıt-Xırdalan-Bakı qatarı ilə gələn sərnişinin Bakı Dəmiryolu Vağzalında dili qatlanıb.

Buna səbəb kimi qatarda sıxlığın olması və havalandırma sisteminin işləməməsi göstərilir.

Dəmiryolu Vağzalında həkim tapılmadığı üçün təcili tibbi yardımın əməkdaşları gələnədək sərnişinə digər sərnişinlər və polislər yardım göstəriblər.

 

Bənzər yazılar

0.21788120269775