Bakıda rus ordusunun Qarabağdan çıxarılması TƏLƏBİ İLƏ AKSİYA KEÇİRİLƏCƏK

 05-10-2022

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası oktyabrın 7-i saat 14:00-da də Rusiya Federasiyasının səfirliyi qarşısında etiraz aksiyası keçirəcək.

Bu barədə ADR-nin sədri Qubad İbadoğlu sosial şəbəkə hesabında paylaşım edib.

“Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının Bakı şəhər icra hakimiyyətinə (BŞİH) Rusiya səfirliyinin qarşısında oktyabrın 7-də, saat 14:00-da etiraz aksiyası təşkil etməsinə dair məlumat məktubuna gözlənilən standart cavab gəldi. BŞİH yenə də xalqa konstitusiya ilə verilmiş hüququ mənimsəyib, qanuna zidd rəy bildirib.

Halbuki, ADR Partiyası onların rəyini soruşmayıb, BŞİH-ə sadəcə aksiya barədə məlumat verib. Bu məktubda əvvəlkindən fərqli olaraq hər gün dəfələrlə eşitdiyimiz sözlər də əlavə olunub. Amma bütün bunlar heç nəyi dəyişmir, aksiya qüvvəsindədir. Oktyabrın 7-də saat 14:00-da Rusiya Federasiyasının səfirliyi qarşısında işğalçı rus ordusunun Qarabağdan çıxarılmasını tələb edəcəyik. Siz də dəstək olun ki, səsimiz daha güclü çıxsın”, - paylaşımda bildirilib.

Qeyd edək ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri 10 noyabr atəşkəsə və sülhə məcburetmə bəyannaməsini imzalanıb.

Həmin bəyannamədə Azərbaycan Prezidentinin, Ermənistan Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin razılaşmalarına uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejimi qurulub.

Bu razılaşmaların həyata keçirilməsinə nəzarət etmək üçün Dağlıq Qarabağ ərazisinə və Laçın dəhlizinə Rusiya sülhməramlı kontingentinin göndərilməsinə qərar verilib.

Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilib.

Azər Mətin

MillətinSəsi.info

Bənzər yazılar

0.1618640422821