Tofiq Zülfüqarov: "İrəvanın əsas məqsədi Qərbin Azərbaycana qarşı sanksiyalar tətbiq etməsinə nail olmaqdır"

 03-10-2022

“Hərbi təbliğat və müharibə təbliğatının özünəməxsus xüsusiyyətləri var. Əsas vəzifə düşməni insanlıqdan çıxarmaqdır, yəni təbliğat yolu ilə onu normal insana xas olan bütün müsbət keyfiyyətlərdən məhrum etmək. Bunun nəticəsində öz qoşunlarının əhval-ruhiyyəsinin yüksəlməsinə nail olunur. Hərbi personalın hərbi əməliyyatlara həvəsi artır. Bu, bütün ordulara şamil edilən ümumi qaydadır”.

Bunu keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov özünün feysbuk hesabında yazıb.

“Ermənistan Silahlı Qüvvələrinin hərbçilərinin motivasiya ilə bağlı problemi düşmənin əsas problemlərindən biri idi və Ermənistan hazırda da bu problemlə qarşı-qarşıyadır. Təslim olmağa hazır olmaq, öz mövqelərini əmrsiz və müqavimətsiz tərk etmək, fərarilik – Ermənistan Müdafiə Nazirliyinin gündəlik gündəminin aktual mövzularıdır.

Əminəm ki, bu mövzudan beynəlxalq aləmdə istifadə etmək cəhdləri ilə yanaşı, sosial şəbəkələrdə tirajlanan görüntülər məğlubiyyətdən sonra ruh düşkünlüyü yaşayan erməni əsgərlərin döyüş bacarığının artırılması məqsədi daşıyır. Beynəlxalq komponentə gəlincə, qeyd etmək olar ki, bu “video”nun yaranması Aİ ölkələrinə qaz nəqli üçün interkonnektorun açılışı ilə eyni vaxta təsadüf edib.

İrəvanın əsas məqsədi Qərbin Azərbaycana qarşı sanksiyalar tətbiq etməsinə nail olmaqdır.

Pelosinin səfəri, ABŞ Konqresində erməni lobbisinin fəallaşması, Aİ-də təbliğat dolması və s. - bu, Kremlin Azərbaycan qazının Avropaya nəqlini əngəlləmək əmrinin yerinə yetirilməsidir.

Video Aİ-nin enerji təchizatı üçün alternativ təchizatçılar və nəqliyyat qovşaqları kimi Azərbaycan və Türkiyəyə qarşı kütləvi kampaniyanın aparılması üçün təbliğat səbəbi kimi ortaya çıxdı. Buna görə də, bu mövzunu şərh etmək üçün bütün variantları ilə yuxarıdakı mülahizələri nəzərə alın”, - deyə T. Zülfüqarov bildirib.

Bənzər yazılar

0.23220992088318