Ermənilər Qarabağda “Metsamor” atom elektrik stansiyasının tullantılarını BASDIRIBLAR? 

 03-10-2022

“Ermənistan silahlanmanı dayandırmayıb, həm özü mina istehsal edir, həm xaricdən alır. Bir tərəfdən, saxtakarlıqla sülhdən danışır, digər tərəfdən, ABŞ-dan, Fransadan silah istəyir, Hindistandan silah alır, Rusiyaya silah vermədiyinə görə etiraz edir. Arabir sülh məsələsini ortaya atmaqları saxtakarlıqdır. Bu gün Ermənistan çox ciddi şəkildə silahlanır və müharibəyə hazırlaşır. Ona görə də ehtiyatı əldən verməməli və döyüşə hazır olmalıyıq”.

Bu sözləri oxu.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib.

Millət vəkili ermənilərin 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilərimizə basdırdıqları minalardan söz açıb:

“Ermənistanın bu günədək bizə verdiyi mina xəritələri saxtadır. Bu da bir erməni fitnəkarlığıdır. Saxta xəritə verirlər ki, inanıb ona uyğun hərəkət edək və insanlarımız mina sahələrində həlak olsunlar. Sarıbaba yüksəkliyi bizim nəzarətimizə keçən zaman ermənilər tərəfindən basdırılmış minə qədər mina aşkar olundu. Həmin minaların istehsal tarixi 2021-ci ildir, özü də Ermənistanda istehsal olunub. Laçın şəhəri, Sus və Zabux kəndləri nəzarətimizə götürülüb erməni separatçılardan təmizlənəndə də eyni vəziyyətin şahidi olduq. Erməni diversiya qruplarının vaxtaşırı ərazilərimizdə bu işləri gördüyü məlumdur. Ona görə də hesab edirəm ki, insanlarımız verilən xəbərdarlıqlara ciddi əməl etməlidirlər”.

Deputat insanları ehtiyatlı olmağa səsləyib:

“Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, ANAMA - bir sözlə, müvafiq qurumlar xəbərdarlıq edirlər ki, yoxlanılmamış ərazilərə keçməyin. Ancaq bəzən insanlarımız həyatlarını təhlükəyə atırlar, qeyri-qanuni yollarla həmin ərazilərə keçirlər, nəticə isə çox ağır olur, bu, arzuolunmazdır. Ermənilərin haradasa mina tələsinin olmadığını düşünmək olmaz. Nə qədər ki Azərbaycan ərazisində cinayətkar separatçılar mövcuddurlar, ehtiyatlı olmaq lazımdır.

Bu gün də Ermənistana məxsus silahlı birləşmələrin tör-töküntüləri Azərbaycan ərazisində qalmaqda davam edir, hələ də sərhədlərin müəyyənləşməsi prosesi başlamayıb, qeyri-müəyyən yerlərdən keçmək mümkündür, yəni ərazini minalamaları mümkündür, ona görə də xəbərdarlıqlara ciddi əməl etmək lazımdır”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, Ermənistan ərazisində hələ illər öncə sovet müdafiə sənayesinin mina istehsal edən obyektləri olub:

“Ona görə də bu yaramazlar 30 il ərzində nəzarətlərində olan ərazilərdə abadlıq işləri görmək yerinə, “mina meşəliyi” salıblar. Onların bu ərazilərdə daha nələr etdiyini bilmək olmaz. Ermənistanda olan “Metsamor” atom elektrik stansiyasının tullantılarının haralarda basdırıldığı, haraları zəhərlədiklərini bilmirik”.

Sayad Həsənli

Bənzər yazılar

0.14213681221008