Məşhur musiqiçinin konserti TƏXİRƏ SALINIB

 03-10-2022

İngiltərəli musiqiçisi, “The Beatles” qrupunun keçmiş üzvü Rinqo Starr xəstəliyi səbəbindən “All-Starr Band” ilə birgə konsertini başqa vaxta keçirmək qərarına gəlib.

Bu barədə onun çıxış etməli olduğu Minnesota ştatındakı “Mystic Lake” kazinosunda məlumat verilib.

“Rinqo xəstələnib. O, çıxış edə biləcəyinə ümid edirdi, lakin xəstəlik onun səsinə təsir edib. Rinqo koronavirusa yoluxmayıb”, - məlumatda bildirilib.

Qeyd edək ki, Rinqo və “All-Starr Band” 2020-ci ildə başlamalı olan, lakin koronavirus pandemiyası səbəbindən təxirə salınan tura yalnız bu il mayın 20-də satrt veriblər.

Mənbə: gazeta.ru

Bənzər yazılar

0.46721196174622