Mövlud Çavuşoğlu: “Türkiyə-Ermənistan arasında qarşılıqlı rəsmi səfərlər mümkündür”

 31-03-2022

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə-Ermənistan yaxınlaşması barədə danışarkən hər iki ölkə arasında qarşılıqlı rəsmi səfərlərin mümkünlüyünü deyib.

Bu barədə o, “A Haber” telekanalına müsahibəsində bildirib:

“Önəmli olan Azərbaycanın bunu dəstəkləməsidir. Bakıya son səfərimizdə cənab İlham Əliyev də tam şəkildə bizi dəstəklədiyini bildirdi. Bütün mərhələləri məsləhətləşirik. Bu, belə olmalıdır və keçmişdən dərs alınmalıdır. Azərbaycanla məsləhətləşmədən, xüsusilə radikal mövzularda addım atmamız mümkün deyil.

Azərbaycanla-Ermənistan arasında normallaşma müddətinin həyata keçirilməsi istiqamətində işləri davam etdirəcəyik”.

Bundan başqa, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyanla üçtərəfli görüş keçirmək istəyindən bəhs edib.

“Ermənistan xarici işlər naziri Antalya Diplomatiya Forumuna gəldi. Mən üçtərəfli görüş keçirmək istəyirdim, amma bu, Antalyada mümkün olmadı”, - deyə o, “A Haber” telekanalına müsahibəsidə bildirib.

Mövlud Çavuşoğlu onu da bildirib ki, Türkiyə təhlükəsizliyə zamin olacağı təqdirdə müharibəyə daxil olacaq, Ukraynaya qoşun göndərəcək kimi şərhlər doğru deyil:“Biz onlara dedik ki, artıq bir yerdə görüşüb bu işi nəticəyə çatdırmaq lazımdır. Daha sonra görüşün Türkiyədə olması istiqamətində qərar aldılar. Putin cənab prezidentimizə zəng etdi, “heyəti İstanbula göndərirəm” dedi”, - o qeyd edib.

Bənzər yazılar

0.25013113021851