“Biz İsraildə günahsız insanların həyatına son qoyan terror hücumlarını qətiyyətlə pisləyirik”.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində yayılan açıqlamada bildirilib.
“Azərbaycan daha əvvəl terrorizmdən əziyyət çəkib və onun bütün forma və təzahürlərini pisləyir. Dəhşətli hücumların qurbanlarının ailələrinə, İsrail hökumətinə və xalqına başsağlığı veririk”, - XİN-dən vurğulanıb.
Qeyd edək ki, martın 22-dən başlayaraq İsrailin fərqli bölgələrində müxtəlif vasitələrlə 3 terror aktı törədilib. Sonuncu olay martın 29-da ölkənin Bney Brak şəhərində qeydə alınıb. Terror aktları nəticəsində 10-dan çox insan ölüb.