Fransalı nazir: Makron ELƏ DEMƏYİB

 28-02-2024

Fransa Prezidenti Emmanuel Makron Ukraynaya döyüşmək üçün qoşun göndərməkdən danışmayıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyen Lekornu söyləyib.

“Bu, Rusiyaya qarşı müharibə aparmaq üçün qoşun göndərmək deyil”, – o qeyd edib.

Nazir bildirib ki, bazar ertəsi Parisdə keçirilmiş konfrans zamanı Avropa liderləri Ukraynaya yardımı artırmaq üçün müxtəlif ideyalar təklif ediblər, o cümlədən Ukraynada minalardan təmizləmə yardımının genişləndirilməsi və Ukrayna qoşunları üçün təlimlərin artırılması.

Onun sözlərinə görə, bu cür tədbirlərlə bağlı konsensus əldə olunmayıb.

Bənzər yazılar

0.19497108459473