“Fənərbağça” Çalxanoğlunu transfer etmək istəyir

 19-07-2025

Türkiyə Superliqasının nəhənglərindən “Fənərbağça” Hakan Çalxanoğlunu transfer etmək niyyətindədir.

MillətinSəsi.İnfo xəbər verir ki, bu barədə “TRT Spor” məlumat yayıb.

Bildirilir ki, “Sarı-lacivərtlilər” əzəli rəqibi “Qalatasaray”ın da gündəmində olan Türkiyə millisinin üzvü ilə artıq əlaqəyə keçib.

Xəbərdə deyilir ki, klubun prezidenti Ali Koç bu transfer üçün ciddi səylər göstərir:

“Bundan əlavə, prezident Ali Koç, baş məşqçi Joze Mourinyo ilə Hakan Çalhanoğlunun komandadakı rolu barədə görüş keçirib. Portuqaliyalı mütəxəssisin bu transferə razılıq verdiyi bildirilir”.

Bənzər yazılar

0.070901155471802