“İgidlərimizi əymək istəyənlər olsa da, əyilmədilər” - Şəhid general mayor Polad Həşimovun ANASI

 27-09-2022

“Bizim igidləri əymək istəyənlər olsa da, əyilmədilər. Onlar bizim qəhrəmanlarımızdır”.

Trend.az  xəbər verir ki, bunu Azərbaycanın Milli Qəhrəmanı, şəhid general mayor Polad Həşimovun anası Səmayə Həşimova deyib.

O bildirib ki, artıq iki il keçir, amma yaramız hələ də təzədir: “Valideynlər üçün çox çətindir. Allah şəhidlərimizə rəhmət eləsin”.

Oğlunun hər zaman vətən dərdi çəkdiyini deyən Səmayə Həşimova bildirib ki, Polad Həşimov əsgərlərini də öz övladı kimi görür, qayğısını, sevgisini onlardan əskik etmirdi. Hətta, bəzən onlara lazım olan maddi köməkdən də imtina etməzdi.

Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı, şəhid general mayor Polad Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub, sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüblər. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirərək, peşəkar hərbçi olub.

General-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub.

 

Bənzər yazılar

8.0897600650787