Deputata məxsus olduğu deyilən şirkətə 124 minlik sifariş

 07-07-2025

Naxçıvan Dövlət Universiteti (NDU) "Embawood” şirkətindən 124.311,82 manatlıq mebel almağı planlaşdırır. 

Milletinsesi.info Qaynarinfo-ya istinadən xəbər verir ki, şirkət NDU-nun bununla bağlı keçirdiyi tenderin qalibi seçilib. 

"Embawood" mebel firmasının deputat Məşhur Məmmədov məxsus olduğu deyilir. O, 2020-ci ildən Milli Məclisdə təmsil olunur. 

Aparılan araşdırmalar zamanı məlum olub ki, şirkət 1996-cı ildə Masallıda mebel istehsalı kimi qurulub, 2000-ci ildə -Xırdalanda ikinci fabriki açılıb, 2005-ci ildə regionlarda böyük anbarlarını yaradıb.

2014- ci ildə Qazaxıstan mebel fabriki açıb.

Bu gün Embawood şirkrəti Gürcüstan, Qazaxıstan, Ukrayna kimi ölkələr də daxil olmaqla 6 fabrik, tərkibində 200-dən çox mağazası olan qlobal pərakəndə satış şəbəkəsi yaradıb..

Azərbaycanda toplam sahəsi 85 000 kv. metrdən çox olan 141 mağazası fəaliyyət göstərir.

Bənzər yazılar

0.067851066589355