Çökən yolun kanalizasiyası ölümə səbəb olan həmin xəttə bağlıdır – Video

 04-07-2025
Ötən gün, iyulun 3-də Ziya Bünyadov prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində yolun bir hissəsində çökmə baş verib.
 
MillətinSəsi.İnfo xəbər verir ki, bu barədə “İctimai TV” sözügedən ərazidən süjet hazırlayıb.
 
Bildirilib ki, yolda diametri  təxminən 1 metr olan çökmə baş verib.
 
Həmçinin qeyd olunub ki, iyunun 26-da Cümşüd Cümşüdlünün ölümünə səbəb olan çökmə ilə bu yolun bir hissəsi eyni kanalizasiya xəttinə bağlıdır.
 
Xatırladaq ki, C. Cümşüdlü Nərimanov rayonu, Baksol yolu adlanan ərazidən keçərkən yolda çökmə baş verib və o, kanalizasiya xəttinə düşüb, bir neçə gün sonra meyiti tapılıb.
 
Daha ətraflı:
 
 

Bənzər yazılar

0.061705112457275