Rusiyanın Azərbaycandakı konsulu saxlanılan ruslara baş çəkib.
MillətinSəsi.İnfo xəbər verir ki, bu barədə TASS-a diplomatik nümayəndəlikdən məlumat verilib.
Rusiyanın Azərbaycandakı səfirliyinin mətbuat xidməti həbs edilmiş Rusiya vətəndaşlarına konsulluq girişinin təmin edildiyini təsdiq edib.
Səfirliyin konsulluq şöbəsinin müdiri saxlanılan şəxslərlə üç saat ünsiyyətdə olub.
Qeyd edək ki, İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından ibarət iki mütəşəkkil cinayətkar dəstənin üzvləri saxlanılıblar. Saxlanılan 8 nəfər barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Konsul saxlanılan ruslara BAŞ ÇƏKDİ
03-07-2025
Bənzər yazılar
Dubay şeyxinin azərbaycanlı keçmiş həyat yoldaşının həyatı təhlükədə - Zeynəb Cavadlı kömək istəyir
28-11-2025
Yalçın Rəfiyev: “Azərbaycan multilateralizmə sadiqdir və qlobal prosesin qorunmasına çalışır”
18-11-2025



































