Konstitusiya Məhkəməsində 4 yeni hakim - Rafael Qvaladze getdi - Yerinə oğlu gəlir

 03-07-2025
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunacaq.
 
Qaynarinfo xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə olunaraq parlamentin plenar iclasına tövsiyə edilib.
 
Layihəyə əsasən, 4 nəfər Konstitusiya Məhkəməsinin hakimləri təyin olunacaq:
 
Rəşid Rzayev
Otari Qvaladze
Fərhad Tutayuk
Rauf Quliyev
 
MillətinSəsi.İnfo-nun "Unikal"a istinadən məlumatına görə, Otari Qvaladze bir müddət əvvəl Konstitusiya Məhkəməsinin təqaüdə göndərilən sabiq hakimi Rafael Qvaladzenin oğludur.

Rafael Qvaladze 1998-2025-ci illərdə Konstitusiya Məhkəməsinin hakimi olub.
 
Xatırladaq ki, Konstitusiya Məhkəməsinin 4 hakiminin - Kamran Şəfiyev, Ceyhun Qaracayev, Rövşən İsmayılov və Sona Salmanova - səlahiyyət müddəti başa çatır.

Bənzər yazılar

0.067527055740356