Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən Ziyəddin və Hüseyn Səfərov qardaşlarının əmisi oğlu Kamal Qədiməli oğlu Səfərov da öldürülüb.
MillətinSəsi.İnfo xəbər verir ki, bu barədə Modern.az-a öldürülən Səfərov qardaşlarının ailəsindən bildirilib.
Bundan başqa, Yekaterinburqda OMON-çuların evə hücumu zamanı qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərov qardaşlarının cənazələrinin Azərbaycana gətiriləcəyi tarix məlum olub.
Bu barədə Oxu.Az-a məlumat verən mərhumların qohumu Ramil Səfərov bildirib ki, qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovların cənazələri iyunun 30-da təhvil veriləcək:
"Hələ ki, meyitləri bizə təhvil vermirlər. Sabah saxlanılan şəxslərin məhkəmə prosesi baş tutacaq. Ondan sonra cənazələri bizə təhvil verməyi planlaşdırırlar. Bizə dedilər ki, iyunun 30-da cənazələr təhvil veriləcək. Bundan sonra cənazələri Azərbaycana gətirəcəyik".
Qeyd edək ki, ötən gün Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin (FSB) azərbaycanlı Səfərovlar ailəsinin yaşadıqları müxtəlif ünvanlara keçirdiyi əməliyyat nəticəsində iki nəfər qətlə yetirilib, 50 nəfər saxlanılıb. Əməliyyat zamanı qətlə yetirilən iki qardaşdan biri - Hüseyn Səfərov Azərbaycan, Ziyəddin Səfərov isə Rusiya vətəndaşıdır.
Qətlə yetirilən hər iki şəxs tanınmış ədəbiyyatşünas, “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynlinin qardaşlarıdır.
Mərhum Ziyəddin, Hüseyn, Məzahirin və saxlanılan B. Səfərovun fotosunu təqdim edirik:
Fotoda: Bakir Səfərov (solda), Ziyəddin Səfərov (sağda)
Fotoda: Məzahir Səfərov