Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) başqanı, tanınmış iş adamı Hüseyn Büyükfıratın ailəsində ağır itki baş verib.
MillətinSəsi.İnfo xəbər verir ki, onun böyük oğlu Ebrar Büyükfırat vəfat edib.
Ebrar Büyükfıratın cənazə namazı bu gün Şəhidlər məscidində qılınıb. Daha sonra mərhum Qurd Qapısı qəbiristanlığında dəfn olunub. Dəfndən sonra təziyə mərasimi Büyükfırat Elmlər şöbəsində keçiriləcək.
“MillətinSəsi.info” Media Qrupunun rəhbəri Tahir Abbaslı başda olmaqla, kollektivimiz adından Hüseyn Büyükfırat və ailəsinə dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət, yaxınlarına isə səbir diləyirik.
Allah rəhmət eləsin!