Ailəsi balaca İsmayılı xəstə olduğu iddiası ilə sığınacağa atıb.
Bu barədə Qadın və Uşaq Sığınacağı məlumat yayıb. Bildirilib ki, nənəsi İsmayılı sığınacağa təhvil verəndə uşaqda qıcolma, epilepsiya və ürəyində problemlərin olduğunu deyib.
Lakin həkim müayinəsi zamanı İsmayılda heç bir xəstəliyin aşkarlanmayıb, sağlam olduğu müəyyən edilib. Uşağa sadəcə olaraq qurd əleyhinə dərman müalicəsi təyin edilib.
Sığınacaqdan Oxu.Az-a verilən məlumata görə, iki yaşlı İsmayılın atası ilə anası həbsxanadadırlar:
“Nənəsinin verdiyi məlumata görə, uşağın valideynləri həbsxanadadırlar. Nənəsi dörd gün əvvəl uşağı sığınacağa gətirib təhvil verib. Daha sonra maraqlanmayıb. Təhvil verdiyi gün balacanı birdəfəlik sığınacağın öhdəsinə buraxdığını deyib”.