Azərbaycanda hər il "xərçəng"dən nə qədər ADAM ÖLÜR? - ŞOK RƏQƏMLƏR

 25-09-2022

Ötən il Azərbaycanda vəfat edən 76 min 878 nəfərin yarıdan çoxunun ölüm səbəbi qan dövranı sistemin xəstəlikləri olub.
Rəsmi məlumatlara istinadən bildiririk ki, il ərzində qan dövranı sistemin xəstəlikləri səbəbindən ölənlərin sayı 41 min 708 nəfər olub.

İkinci sırada isə yenitörəmələrdən (“şiş” xəstəliyi) ölənlər yer alıb. Son bir ildə dünyasını dəyişən insanların 11%-i və ya 8 min 509 nəfərinin ölüm səbəbi "şiş" xəstəliyi olub. Yenitörəmələrdən ölənlərin sayı son bir ildə 1370 nəfər azalıb. Lakin, qeyd edək ki, 1995-ci ildə "şiş" xəstəliyindən ölənlərin sayı ötənilki göstəricidən təxminən 2 dəfə az - 4 min 761 nəfər olub.

İllər üzrə "şiş" xəstəliyindən ölənlərin sayı belə olub:

İllər

"Şiş" xəstəliyindən ölənlərin sayı

1995 4 761
2000 5 081
2005 6 381
2010 6 633
2011 5 999
2012 5 886
2013 6 383
2014 6 982
2015 7 278
2016 8 252
2017 8 665
2018 8 718
2019 8 819
2020 9 879
2021 8 509

Bənzər yazılar

0.2678050994873