Türkiyədə yük maşınları minik avtomobilləri ilə TOQQUŞUB: Ölənlər VAR

 25-09-2022

Türkiyənin Malatya və Qars əyalətlərində ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

Belə ki, bu gün baş verən qəza zamanı yük maşınları minik avtomobilləri ilə toqquşub.

Türkiyənin NTV telekanalından verilən məlumata görə, Malatyada Kayseri-Malatya yolunda yük maşınının minik avtomobili ilə toqquşması nəticəsində avtomobildə olan 6 nəfər ölüb.

Qarsın Sarıkamış rayonunda isə yük maşınının minik avtomobili ilə toqquşması nəticəsində 4 nəfər ölüb, yük maşınının sürücüsü xəsarət alıb.

Bənzər yazılar

0.47295093536377