“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Mətbuat Şurası İdarə Heyətinin sədri seçilib.
“Report”un xəbərinə görə, Şuranın VIII qurultayında onun namizədliyi irəli sürülüb.
Səsvermə nəticələrinə əsasən, R.Məcid MŞ sədri postunu tutacaq.
İdarə heyətinin üzvləri kimi Vüqar Rəhimzadə, Vüsalə Mahirqızı, Hacıbəy Heydərli, Azər Həsrət, Aydın Quliyev, Elçin Mirzəbəyli, Akif Aşırlı, Səadət Məmmədova, Niyaz Niftiyev, Elşad Eyvazlı, Aqil Ələsgər, Rauf Arifoğlu, Alqış Musayev təsdiqlənib.
Əflatun Amaşov, Müşfiq Ələsgərli, Umud Mirzəyev, Yadigar Məmmədli, Bəhruz Məmmədzadə, Qulu Məhərrəmli, Vüqar Zəfəroğlu, Ceyhun Musaoğlu, Fərid Pərdəşünas isə ictimaiyyət nümayəndəsi olaraq təsdiq olunub.
Bununla da, Qurultay öz işini başa vurub.