DÇ-2026: İngiltərə və Polşadan qələbə, Rumıniyadan darmadağın

 25-03-2025

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsində altı oyun baş tutub.

Oxu.Az xəbər verir ki, İngiltərə yığması Latviyanı sınağa çəkib. "Uembli"dəki qarşılaşmada meydan sahibləri qonaqların qapısından 3 cavabsız top keçirib - 3:0. Eyni hesabla Albaniya yığması Andorradan üstün olub.

Litva ev matçında Finlandiya ilə xalları yarı bölüb - 2:2. Polşa millisi isə Maltanı 2:0 hesabıyla məğlubiyyətə uğradıb.

Rumıniya səfərdə San-Marinonu darmadağın edib - 5:1. Bosniya və Herseqovina isə Kipri əliboş yola salıb - 2:1.

Qeyd edək ki, seçmə mərhələnin mart oyunlarına ayın 25-də keçiriləcək altı matçla yekun vurulacaq.

Bənzər yazılar

0.066859006881714