UEFA Millətlər Liqasının yarımfinal görüşlərinin keçiriləcəyi ölkə bəlli olub

 24-03-2025

UEFA Millətlər Liqasının yarımfinalı Almaniyada keçiriləcək.

Oxu.Az xəbər verir ki, bu, bundestimin 1/4 finalın cavab oyununda İtaliya ilə heç-heçə edərək (3:3) iki görüşün ümumi nəticəsinə görə (5:4) yarımfinala yüksəlməsindən sonra məlum olub.

Görüşlər Münhen və Ştutqart şəhərlərində keçiriləcək. Millətlər Liqasının yarımfinal oyunları iyunun 4 və 5-də baş tutacaq. 3-cü yerin sahibini və turnirin qalibini müəyyən edəcək həlledici qarşılaşmalar isə iyunun 8-ə təyin olunub.

Qeyd edək ki, yarımfinalda Almaniya - Portuqaliya, İspaniya - Fransa görüşləri baş tutacaq.

Bənzər yazılar

0.065435171127319