İranda zəlzələ baş verib

 21-03-2025

İranda zəlzələ baş verib.

Bu barədə Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir.

Məlumata görə, Buşehr əyalətinin Bəndər Kəngan şəhərində 4.1 bal gücündə zəlzələ meydana gəlib.

Saat 02:13 radələrində baş verən zəlzələ yerin 20 kilometr dərinliyində qeydə alınıb.

Hələlik zəlzələ nəticəsində dağıntıların və ya insan itkisinin olub-olmaması bəlli deyil.

Bənzər yazılar

0.067574024200439