Maskın departamenti ABŞ Sosial Təminat Xidmətinin bazasında üç milyondan çox "ölü" aşkar edib

 19-03-2025

ABŞ Sosial Təminat Xidməti reyestrində yaşı 120-369 arasında olan milyonlarla amerikalının məlumatlarını aşkar etdikdən sonra infrormasiya bazasını yeniləməyə qərar verib.

Milletinsesi.info xəbər verir ki, bu barədə sahibkar İlon Maskın rəhbərlik etdiyi ABŞ-nin Hökumətin Səmərəliliyi Departamenti (DOGE) məlumat yayıb.

"Son iki həftə ərzində ABŞ Sosial Təminat Xidməti öz qeydlərində kütləvi təmizlənməyə başlayıb. Yaşı 120-dən yuxarı təxminən 3.2 milyon sosial müdafiə nömrəsinin sahibi hazırda "ölənlər" siyahısındadır. Hələ görüləcək çox iş var", - deyə DOGE-nin "X" sosial şəbəkəsindəki hesabında qeyd olunub.

Bənzər yazılar

0.067646026611328