Səki ilə gedən avtobusun əyləci xarab imiş?

 19-03-2025

Metronun "Əhmədli" stansiyası və Zığ qəsəbəsi üzrə hərəkət edən 183 saylı marşrut avtobusunun əyləcinin xarab ola-ola idarə edilməsinə dair məlumatlar yayılıb.

Milletinsesi.info xəbər verir ki, bu barədə "Qafqazinfo"nun sorğusuna daşıyıcı şirkətdən bildirilib ki, görüntülərdə sürücünün avtobusu yoldan kənarda, səki ilə sürməsi əks olunub. İddia edilib ki, buna səbəb ictimai nəqliyyat vasitəsinin əyləcinin xarab olması olub.

Məsələ ilə bağlı 183 saylı marşrut xətti üzrə daşıyıcı şirkət "Bus Trans" MMC-nin direktoru Qalib Salahov sorğuya cavab olaraq bildirib ki, hadisə barədə araşdırma aparılıb:

"Bununla bağlı bizi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) dəvət etdilər. Gedib izahat verdik. Hadisə avtobusun qarşısına qəfil avtomobil çıxması səbəbindən baş verib. Sürücü qəzadan yayınmaq üçün boş olan səkiyə çıxıb. Nəticədə xəsarət alan olmayıb. Yaşıllığa və yol nişanına bir qədər zərər dəyib ki, bu da tərəfimizdən həll ediləcək".

Həmin görüntüləri təqdim edirik:

Bənzər yazılar

0.062231063842773