Muxtar Babayevin DİQQƏTİNƏ: 150 hektar meşə sahəsi üçün 100 min rüşvət TƏKLİF OLUNUB? - ŞOK İDDİA

 19-09-2022

“Lənkəran Yol Tikinti” ASC-nin sədri Raqib Məmmədov Haftoni meşəsinə birləşik 150 hektar meşə sahəsini məhv etməkdədir.

AzToday.az xəbər verir ki, Lənkaran asfalt zavodunun sahibi “Asfalt Raqib” ləqəbli şəxsin meşə sahəsini məhv etməyini daim gündəmdə saxlayan “Ecofront” fəallarına 100 min rüşvət təklif olunub.

Bu barədə Eko akstivist Cavid Qara məlumat verib.

Onun sözlərinə görə, eko fəallar rüşvət təklifindən imtina ediblər:

“Bir-neçə həftə öncə Haftonidəki meşə söhbətinə görə, “yüz min, iki yüz min, nə qədər lazımdır deyin” deyə rüşvət təklif etdilər. Təbii ki, rədd etdik. Uşaqlar yerindəcə rədd ediblər. Mənə danışdılar, mən isə əsəbimdən partlayırdım ki, bu şərəfsizlər pulla hər şeyi əldə edə biləcəyini fikirləşir. Biz harda səhv etmişik ki, bunlar belə cəsarət tapıblar.

Qəbul edib sadəcə susmağımızı gözləyirdilər. Heç kəsin də xəbəri olmazdı. Hətta hərdən bir yazardım ki, Haftonidə o vaxt meşə qırıldı, cəmiyyət yetərincə kömək etmədi deyə qarşısını ala bilmədik.

İndi təsəvvür edin, ya pula ya da hədə qorxu ilə çıxıb deyirəm ki, “dostlar bütün paylaşımlar yalan idi, Haftonidə meşə məhv edilməyib. Yalan danışmışam.” Meşəni qıran qırdıran qalardı qıraqda mənim cındırımı çıxarardız, haqlı olaraq.

Pul da yaxşı şeydir, təhlükəsiz düşmənsiz həyat da. Amma vicdan da yaxşı şeydir, ləyaqət də yaxşı şeydir”.




Qeyd edək ki, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin əmri ilə sözugedən meşə sahəsinin icarə müqaviləsi ləğv olunmuşdu. Amma hazırda meşə sahəsində işlərə başlanılıb…



Bənzər yazılar

0.85689616203308