Milli Məclis Beynəlxalq Qadınlar Günü münasibətilə Mehriban Əliyevanı təbrik edib

 07-03-2025

Milli Məclis Birinci vitse-prezident Mehriban Əliyevaya 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

MillətinSəsi.İnfo xəbər verir ki, spiker Sahibə Qafarova təbriki bugünkü plenar iclasın sonunda səsləndirib.

"Azərbaycan Respublikasının Birinci vitse-prezidenti insan hüquqlarının müdafiəsi, dövlət və cəmiyyət həyatında qadınların rolunun gücləndirilməsi ilə bağlı fəaliyyətə böyük töhfələr verir. İcazə verin, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə çox hörmətli Mehriban xanıma Milli Məclisin adından təbrik məktubu ünvanlayaq və ona dəyərli fəaliyyətində yeni-yeni uğurlar arzulayaq", - spiker deyib.

Bənzər yazılar

0.063538074493408