Argentinada turistlərin gözü qarşısında aysberq çevrilib

 01-02-2025

Argentinada turistlər iri aysberqin çevrilməsini görüntüləyiblər.

Milletinsesi.info xəbər verir ki, bu barədə "AccuWeather" portalı məlumat verib.

Videonun Los Qlasiares Milli Parkında çəkildiyi güman edilir. Los Qlasiares Milli Parkının 30%-i buzla örtülüdür.

Videonun fraqmenti portalın sosial şəbəkələrdəki səhifəsində paylaşılıb.

Aysberqin qırılması nadir fenomendir. Əgər parçanın ağırlıq mərkəzi kifayət qədər yüksəkdə yerləşirsə, o, hətta aysberqi çevirə də bilər.

Bənzər yazılar

0.088279008865356