"ChatGPTnin yeni versiyası təqdim olunub

 01-02-2025

"OpenAI" şirkəti yeni süni intellekt modelini təqdim edib.

Milletinsesi.info xəbər verir ki, "o3-mini" adlanan model "ChatGPT" istifadəçiləri üçün ödənişsiz olacaq.

Qeyd olunur ki, "OpenAI" yeni modeli Çinin "DeepSeek" süni intellektinin populyarlığı fonunda planlaşdırıldığı müddətdən daha tez təqdim edib.

Xatırladaq ki, "ChatGPT" süni intellekti 2022-ci ilin noyabrında işə salınıb və elə ilk həftədə servisin istifadəçilərinin sayı 1 milyonu ötüb.

Bənzər yazılar

0.065313100814819