Neymar doğma klubuna qayıtdı

 01-02-2025

Braziliyalı hücumçu Neymar "Santos" klubu ilə müqavilə imzalayıb.

Milletinsesi.info xəbər verir ki, bu barədə komandanın "X" sosial şəbəkəsindəki rəsmi hesabında məlumat yayılıb.

"Şahzadə geri döndü", - Braziliya klubunun açıqlamasında qeyd olunub.

Xatırladaq ki, Neymar karyerasına "Santos"da başlayıb və "Barselona"ya transfer olunanadək 2009-2013-cü illərdə bu klubun şərəfini qoruyub.

Bənzər yazılar

0.060807943344116