Deputatın şirkəti “Azərsu”dan 44 minlik TENDER UDUB – 9,4 milyon BORCU VAR

 15-09-2022

“Azərsu” ASC tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi “Kaspi-Yıldız” MMC (VÖEN-1600582521) olub.

Yeniavaz.com xəbər verir ki, “Kaspi-Yıldız” MMC “Azərsu” ASC-yə 43 min 801 manat 60 qəpik dəyərində yüksək təzyiqli şlanqlar satacaq.

Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 10 manat olan “Kaspi-Yıldız” MMC 07.09.2005-ci ildə dövlət qeydiyyaytına alınıb. Qanuni təmsilçisi Əliyev Cəmaləddin Məzahir oğlu olan “Kaspi-Yıldız” MMC-nin hüquqi ünvanı “Nizami rayon, Özbəkistan, ev 24”-də yerləşir.

Onu da qeyd edək ki, 1996-cı ildə “Nizami rayon, Özbəkistan, ev 24E” ünvanında bənzər adda daha bir şirkət - “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsi də dövlət qeydiyyatına alınıb. Bu şirkətin təsisçisi 78 saylı Lerik seçki dairəsindən millət vəkili seçilən İqbal Məmmədovdur.

Nizamnamə kapitalı 45 000 dollar olan MMC-nin qanuni təmsilçisi isə Məmmədov Ramiz Fərman oğludur.

2019-cu ildə mətbuata verdiyi açıqlamada İqbal Məmmədov bildirib ki, o, 2010-cu ildə deputat seçildikdən sonra müəssisəyə rəhbərliyi qardaşına həvalə edib.

Bir müddət “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinə rəhbərlik edən İqbal Məmmədovun qardaşı Asif Məmmədov isə 2006-2013-cü illərdə Balakən və Şamaxı rayonlarının İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.

Bənzər yazılar

1.1910240650177