Dayısının 14 yaşlı qızı ilə evlənən şəxsə şərti cəza verildi

 23-11-2024

Astara Rayon Məhkəməsində on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmada təqsirləndirilən Namiq Rəfiyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Ölkə.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.Rəfiyevə şərti cəza verilib.

İttihama görə, hadisə 30 yanvar 2024-cü il tarixdə Astara rayonunun kəndlərindən birində qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü Namiq Rəfiyev dayısı qızı, 14 yaşlı Səma Məmmədovanı (şərti) onun razılığı ilə evlənmək məqsədi ilə yaşadığı evə aparıb və ər-arvadı kimi yaşayıb.

Hadisədən sonra Namiq Rəfiyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Bənzər yazılar

0.057512998580933