Orxan Rüfət oğlu Hüseynzadə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Xəbər verdiyimiz kimi, Orxan Rüfət oğlu Hüseynzadə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qaynarinfo-ya istinadən məlumatına görə, yeni icra başçısı bu təyinatadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində rəis müavini vəzifəsində çalışıb.
1983-cü ildə Bakı şəhərində anadan olan Orxan Hüseynzadə 2004-cü ildə Bakı Dövlət Universitetini, 2013-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.
2006-2012-ci illərdə Səhiyyə Nazirliyində, 2012-2018-ci illər ərzində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə işləyib.
2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatında fəaliyyət göstərib. 2018-ci ildən indiyədək isə Dövlət Əmək Müfəttişliyi Xidmətində işləyib.