Həkimlərlə loğmanların müzakirəsi: Ənənəvi tibb, ya xalq təbabəti? – Video

 11-10-2024

 Hazırda sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan biri də ənənəvi tibb və xalq təbabətinin müqayisəsidir.

Yeniavaz.com xəbər verir ki, müzakirənin yaranmasına səbəb “İctimai” televiziyanın efirində yayımlanan “Sabaha saxlamayaq” verilişinin məsələni gündəmə gətirməsidir.

Verilişdə ölkənin tanınmış həkimləri ilə yanaşı insanların yaxından tanıdığı loğmanlar, bitkilər vasitəsilə müalicə etdiyini bildirən şəxslər də iştirak edib.

Tərəflərin uzlaşmadığı məqamlar efirdə müzakirələrə və mübahisələrə səbəb olub.

Telekanal məsələnin sosial şəbəkələrdə və ictimaiyyətdə yaratdığı marağı və müzakirələri nəzərə alaraq sözügedən verilişin növbəti buraxılışında da mövzunu aktuallaşdırıb.

Bənzər yazılar

0.061803102493286