İki övladı ilə çiyin-çiyinə döyüşən şəhid atanın qəhrəmanlığı

 10-10-2024

Baku TV iki oğlu ilə könüllü olaraq Vətən müharibəsinə qatılan və şəhidlik zirvəsinə ucalan, Birinci Qarabağ müharibəsində də iştirak etmiş Müşfiq Abbasov haqqında reportaj hazırlayıb.

6 oktyabr 2020-ci ildə Ağdam rayonunun Qərvənd kəndi istiqamətində gedən döyüşlərdə şəhid olan Müşviq Abbasovla çiyin-çiyinə döyüşən oğlu Şamil Abbasov həmin günləri xatırlayıb:

"Hücum zamanı bir-birimizdən çox arxayın olurduq. İki səngər var idi ki, onlardan düşmən basqını gözlənilirdi. Atam məni ikinci səngərə göndərdi. Özü isə üç nəfərlə birlikdə birinci səngərə irəlilədi".

Döyüş yoldaşı Elşən Hüseynov isə Müşfiq Abbasovun şəhid olduğu andan danışıb:

"Bizə güllələr atıldı və Müşfiq şəhid oldu. Oğluna ən ağır cümləni - atasının şəhid olduğunu dedim. Müşfiqi döyüş zonasından da elə oğlu Şamil çıxartdı".

Daha ətraflı Baku TV-nin süjetində:

 

Bənzər yazılar

0.061393022537231