Şəhidin həyat yoldaşı: "Ən böyük arzularından biri övladlarının ali təhsil alması olub"

 09-10-2024

Baku TV Vətən müharibəsi şəhidi Nahid Mikayılovun evindən reportaj hazırlayıb.

Ön xətdə düşmənlə üz-üzə döyüşən igidlərimizdən olan Nahid Mikayılovun həyat yoldaşı Jalə Mikayılova onunla bağlı xatirələrini bölüşüb.

J.Mikayılova söyləyib ki, şəhidimizin ən böyük arzularından biri övladlarının ali təhsil alması olub:

"Nahid 38 il ömür yaşadı. Bu ömrə sığdırmadığı hekayəsi qalmadı. Neçə dəfə yuxuma girib - "yanınızdayam, uzağa getməmişəm", - deyib.

Nahiddən sonrakı ilk ad günümdə yuxuda gördüm ki, stol ətrafına yığışıb onun şəkillərinə baxırıq. Əlini kürəyimə vurub - "Jalə, mən səninlə fəxr edirəm", - dedi. Bu mənim üçün Nahidin ən böyük hədiyyəsi oldu", - deyə o əlavə edib.

Şəhidin həyat yoldaşı onu da qeyd edib ki, həyat yoldaşının xatirəsini əbədi yaşatmaq üçün kiçik övladının adını Nahid qoyub.

Daha ətraflı videosüjetdə:

Bənzər yazılar

0.099260091781616